Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 21% artıb
2024-cü ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 519 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 95%-i fiziki, 5%-i hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 21% artıb.
Bu barədə LiderXəbər-ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, yanvar ayında kommersiya qurumlarının 44%-i elektron qaydada, 56%-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.
Oxşar Xəbərlər:
26 dekabr 2023, Çərşənbə axşamı
Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib