Dünya bazarlarında neftin qiyməti artıma doğru yönəlib
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin aprel müqaviləsinin dəyəri 0,11% artaraq 1 barelə görə 82,09 dollar təşkil edib.
LiderXəbər-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,18% artaraq 77,06 dollar olub.