AK-ın vitse-prezidenti Avropanın suverenliyi üçün bərpa olunan enerjiyə alternativ görmür
Avropa İttifaqı (Aİ) yalnız bərpa olunan enerjinin köməyi ilə enerji müstəqilliyinə nail ola biləcək.
LiderXəbər "Report"a istinadən xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransında Avropa Komissiyasının icraçı vitse-prezidenti Frans Timmermans deyib.
Onun sözlərinə görə, Aİ-də "çox az qaz, çox az kömür və neft qalıb".
"Biz bərpa olunan enerjiyə keçidimizi sürətləndiririk, çünki Avropada alternativimiz yoxdur. Enerji sektorunda əldə edə biləcəyimiz yeganə suverenlik bərpa olunan enerjinin artırılmasıdır", - F.Timmermans bildirib.
Oxşar Xəbərlər:
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
17 yanvar 2023, Çərşənbə axşamı
Deputat: “Hədəfimiz Azərbaycanı əsas bərpaolunan enerji mərkəzlərindən birinə çevirməkdir”
14 fevral 2023, Çərşənbə axşamı
Dövlət qurumlarının informasiya sızmasının qarşısını alacaq proqram təminatı istifadəyə verilib