Azad olunmuş ərazilərdə dəmir yolu xətlərinin keçdiyi sahələrdə zərərsizləşdirilən minaların sayı açıqlanıb
Ötən il “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolu xətlərinin keçdiyi ərazilər də daxil olmaqla 53 min hektardan çox sahə minalardan təmizlənib.
ADY-dən LiderXəbər-ə verilən məlumata görə, hesabat dövründə qeyd olunan ərazilərdə 8 500-dən çox mina zərərsizləşdirilib.
“İşğaldan azad edilmiş ərazilərimiz minalardan təmizləndikcə bərpa və yenidənqurma işləri sürətlənir, soydaşlarımızın doğma yurd-yuva həsrəti getdikcə sona çatır”, - məlumatda qeyd olunur.