Pressa.az » İqtisadiyyat » Azərbaycanda 150 minə yaxın pensiyaçı əmək fəaliyyətini davam etdirir

Azərbaycanda 150 minə yaxın pensiyaçı əmək fəaliyyətini davam etdirir

05 aprel 2024, Cümə, 12:28
Azərbaycanda 150 minə yaxın pensiyaçı əmək fəaliyyətini davam etdirir

Azərbaycanda 145-150 min nəfər pensiyaçı əmək fəaliyyətini davam etdirir.

LiderXəbər xəbər verir ki, bu barədə DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov bildirib.

O bildirib ki, həmin şəxslər əmək fəaliyyətlərini davam etdirib 6 illik müddəti tamamladıqda, artıq bu müddətdə toplanan kapital müvafiq əmsala bölünməklə pensiyaların üzərinə əlavə ediləcək. Bu da pensiyaların artımına səbəb olacaq.