Pressa.az » İqtisadiyyat » BMT-nin Ümumdünya Turizm Təşkilatının Avropa üzrə Komissiyasının iclası Azərbaycanda keçiriləcək

BMT-nin Ümumdünya Turizm Təşkilatının Avropa üzrə Komissiyasının iclası Azərbaycanda keçiriləcək

09 aprel 2024, Çərşənbə axşamı, 11:13
BMT-nin Ümumdünya Turizm Təşkilatının Avropa üzrə Komissiyasının iclası Azərbaycanda keçiriləcək

BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) Avropa regionu üzrə Komissiyasının növbəti iclası Azərbaycanda keçiriləcək.

LiderXəbər xəbər verir ki, bu barədə qərar UNWTO-nun Albaniyanın paytaxtı Tiranada keçirilən 70-ci iclasında qəbul edilib.

Qərara əsasən, BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) Avropa regionu üzrə Komissiyasının 71-ci iclası 2025-ci ildə Azərbaycanda keçiriləcək.

"2024-cü ilin martında Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi 2024-cü ilin martında Komissiyanın 71-ci iclasına ev sahibliyi etmək üçün yazılı şəkildə Azərbaycanın namizədliyini irəli sürüb. Katiblik şifahi qeyd yolu ilə Avropa Komissiyasının bütün üzvlərinə namizədlik barədə məlumat verib. Bu sənədin verildiyi tarixə kimi Katiblik yalnız Azərbaycanın namizədliyini qəbul etmişdi.

Kommissiya yetmiş birinci iclasa ev sahibliyi etmək üçün öz namizədliyini təqdim etdiyinə görə, Azərbaycana təşəkkürünü bildirir və dəvəti qəbul edir;

Katibliyə lazımi tədbirlərin görülməsini və işin təşkili üçün dəstək təklif edilməsini tapşırır", - UNWTO-nun yaydığı məlumatda qeyd olunub.

2025-ci ilin ikinci rübü ərzində iclasın keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan 2014-cü ildə 57-ci iclasa da ev sahibliyi edib.