Pressa.az » İqtisadiyyat » Azərbaycanın sığorta bazarı 16 % böyüyüb

Azərbaycanın sığorta bazarı 16 % böyüyüb

21 may 2024, Çərşənbə axşamı, 15:01
Azərbaycanın sığorta bazarı 16 % böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 542,841 milyon manat sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 16,1 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 209,555 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,7 % çoxdur.

Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26 manat olub.