Azərbaycanda MKOS-un ÜDM-də payı 27 %-ə yaxınlaşıb
Son 4 ildə Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın (MKOS) ümumi daxili məhsuldakı (ÜDM) payı 3 faiz bəndi artaraq 23,5 %-dən 26,5 %-ə çatıb.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin bu gün keçirilən iclasında - "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Hədəfimiz 60 %-dir. Buna nə vaxt çata biləcəyimizi bilmirəm, amma, bu sahədə artım tempi davam edir", - deyə o qeyd edib.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM