Pressa.az » İqtisadiyyat » İtaliya səfiri: Azərbaycana ərzaq məhsullarının tədarükünü artırmaq niyyətindəyik ASK

İtaliya səfiri: Azərbaycana ərzaq məhsullarının tədarükünü artırmaq niyyətindəyik ASK

19 iyun 2024, Çərşənbə, 14:29
İtaliya səfiri: Azərbaycana ərzaq məhsullarının tədarükünü artırmaq niyyətindəyik ASK

İtaliya Azərbaycana ərzaq məhsulları və içkilərin tədarükünü artırmağı hədəfləyir.

Liderxeber.az-ın məlumatına görə, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko bildirib.

Qeyd edək ki, İtaliya Ticarət Agentliyinin Bakı ofisi İtaliyanın Azərbaycandakı səfirliyi ilə birgə iyunun 19-da “Made in Italy” brendi altında qida və şərab sektoruna aid malların təşviqi məqsədilə silsilə tədbirlər təşkil edib.

Bu tədbirlərin bir hissəsi qida və şərab sənayesində fəaliyyət göstərən 13 İtaliya şirkətinin Azərbaycana səfəri və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Bakıda onlar üçün ikitərəfli görüşlərin təşkili olub.

Səfir bəyan edib ki, bugünkü tədbirlərin məqsədlərindən biri Azərbaycan ilə qida və içkilər sahəsində əlaqələri gücləndirmək və bu malların Azərbaycan bazarına idxalını artırmaqdır.

“İtaliya ixracının strukturunda ərzaq məhsulları və içkilərin ixracı əsas yerlərdən birini tutur. Azərbaycana içki və qida məhsullarının ixracının artımı 13 % təşkil edib, lakin biz bu göstəricinin daha da artmasını hədəfləmişik”, - diplomat deyib.

O, həmçinin Azərbaycanla əməkdaşlığın İtaliya üçün vacib olduğunu qeyd edib. “Biz əlaqələri inkişaf etdirmək üçün bir sıra beynəlxalq tədbirlərdən istifadə edəcəyik. O cümlədən noyabrda Bakıda keçiriləcək COP29 konfransından”, - səfir bildirib.