Pressa.az » İqtisadiyyat » Azercell abunəçilərinə müraciət edib

Azercell abunəçilərinə müraciət edib

21 iyun 2024, Cümə, 11:17
Azercell abunəçilərinə müraciət edib

Azercell Telekom qeyri sabit hava şəraiti ilə bağlı abunəçilərinin müraciət edib.

Liderxeber.az xəbər verir ki, müraciətdə deyilir:

"20 iyun 2024-cü il tarixində axşam saatlarından etibarən respublikanın bəzi bölgələrində güclü küləkli hava şəraiti ilə əlaqədar Azercell abunəçilərinin telekommunikasiya xidmətlərindən istifadəsi zamanı müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür. Hal-hazırda yaranmış halın aradan qaldırılması və mobil rabitə xidmətlərinin tam bərpası üçün şirkətimiz gücləndirilmiş iş rejimində çalışır, müvafiq ərazilərdə zəruri tədbirlər görülür. Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, ən qısa zamanda xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin ediləcəkdir".