Bazarstore Bazarfest - gözəllik festivalı ilə ilkə imza atdı
Festival çərçivəsində 10-dan artıq brend öz məhsullarının tanıtımını həyata keçirtdi
Liderxeber.az xəbər verir ki, 21 İyun tarixində Azərbaycanda pərakəndə sektorunda ilk dəfə olaraq Bazarfest gözəllik festivalı baş tutdu. Festival Xətai rayonunda yerləşən Bazarstore supermarketinin qarşısında, 140 m2-dən böyük ərazidə keçirildi. Əsas sloqanı “Sənin üçün. Sənin gözəlliyin” olan tədbirdə gözəllik və baxım məhsulları satan 10-dan artıq brend öz məhsullarının tanıtımını həyata keçirtdi. Hər bir brendin stendində müxtəlif aksiyalar, saç və üz baxımı edildi. Burada həmçinin əyləncəli oyunlar və hədiyyələr də var idi.
Bazarfest-in üç mindən artıq qonağı oldu
Saat 16:00-dan başlayan tədbirdə üç mindən artıq qonaq iştirak etdi. Tədbir 22:30-a qədər davam etdi. Axşam saatlarında DJ, rəqs qrupları ilə yanaşı tanınmış estrada müğənniləri Samira Efendi, Ayaz Babayev və Zamiq Hüseynov də öz sevilən ifaları ilə qonaqlar üçün əsl bayram əhval-ruhiyyəsi yaratdı. Festivalda həmçinin gələn qonaqlara yüzə yaxın müxtəlif hədiyyələr təqdim edildi.