Pressa.az » İqtisadiyyat » Ölkədə bank sektorunun mənfəti 520 mln. manata çatıb

Ölkədə bank sektorunun mənfəti 520 mln. manata çatıb

27 iyun 2024, Cümə axşamı, 11:23
Ölkədə bank sektorunun mənfəti 520 mln. manata çatıb

2024-cü ilin yanvar - may aylarında banklar tərəfindən 519.7 mln. manat xalis mənfəət, 732.6 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilib.

Liderxeber.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, cari ilin 5 ayında banklar tərəfindən ümumilikdə 107.4 mln. manat məbləğində mənfəət vergisi ödənilib.