Pressa.az » İqtisadiyyat » İmişlidə “Dayanıqlı təsərrüfat və qida istehsalı” mövzusunda dəyirmi masa keçirilib

İmişlidə “Dayanıqlı təsərrüfat və qida istehsalı” mövzusunda dəyirmi masa keçirilib

28 iyun 2024, Cümə, 10:58
İmişlidə “Dayanıqlı təsərrüfat və qida istehsalı” mövzusunda dəyirmi masa keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində İmişli Rayon İcra Hakimiyyəti tərəfindən “Dayanıqlı təsərrüfat və qida istehsalı” mövzusunda dəyirmi masa keçirilib.
 
Liderxeber.az xəbər verir ki, İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında təşkil olunan dəyirmi masada Rayon İcra Hakimiyyəti ilə yanaşı DAİM-nin, Gigiyena və Epidemiologiya Mərkəzinin, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları, eləcə də fermerlər iştirak ediblər. 
 
Çıxış edənlər kənd təsərrüfatı sahəsinin ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri olduğu qeyd ediblər. Ölkə başçısının bəyan etdiyi “hazırda qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminata və dayanıqlı inkişafa nail olmaqla Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır” fikri diqqətə çatdırılıb.
 
Həmçinin qida məhsullarının istehsalı sektorunda investisiyaların ekosistemlərin bütövlüyünü saxlamaqla dayanıqlı inkişafın yaxşılaşdırılmasına yönəldilməsinin zəruriliyi vurğulanıb. Çıxışlardan sonra dəyirmi masa öz işini müzakirə formatında davam etdirib.