Pressa.az » İqtisadiyyat » Əməyin Mühafizəsi Mərkəzi Kəlbəcərdə maarifləndirmə tədbirləri keçirib

Əməyin Mühafizəsi Mərkəzi Kəlbəcərdə maarifləndirmə tədbirləri keçirib

09 iyul 2024, Çərşənbə axşamı, 16:51
Əməyin Mühafizəsi Mərkəzi Kəlbəcərdə maarifləndirmə tədbirləri keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi işğaldan azad olunmuş ərazilərimizdəki müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir. 
 
Liderxeber.az xəbər verir ki, tədbirlər Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birgə təşkil edilib. 
 
İşğaldan azad olunmuş ərazilərdə təşkil edilən növbəti tədbirlər Kəlbəcər rayonunda fəaliyyət göstərən 14 müəssisənin 130 nəfər rəhbər və işçi heyətinin iştirakı ilə keçirilib. 
 
İştirakçılar ölkəmizdə layiqli əməyin təminatı sahəsində aparılan dövlət siyasəti, əmək qanunvericiliyi, habelə əməyin mühafizəsi və mina təhlükəsizliyi qaydaları barədə məlumatlandırılıb. Tədbirin təşkilatçıları olan qurumların fəaliyyəti barədə məlumat verilib. 
 
Həmçinin Əməyin Mühafizəsi Mərkəzinin işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər göstərdiyi diqqətə çatdırılıb. 
 
Tədbir iştirakçılarına qeyd olunan mövzularda yaddaş kitabçası, bukletlər və digər təlimat xarakterli vasitələr də təqdim edilib, işçi və işəgötürənlərin sualları cavablandırılıb. 
 
Bu tədbirlər işğaldan azad olunmuş digər ərazilərimizdə də davam etdiriləcək.