Yaponiya yüklərin Orta Asiya və Xəzər dənizi ilə Avropaya çatdırılmasını maliyyələşdirəcək
Yaponiya hökuməti ölkədən yüklərin Mərkəzi Asiya və Xəzər dənizi vasitəsilə Avropaya daşınması üçün yeni marşrutun yaradılmasına vəsait ayırmağı planlaşdırır.
Liderxeber.az bu barədə "The Japan Times"a istinadən xəbər verir.
“Yaponiyanın baş naziri Fumio Kişida Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderləri ilə görüşdə Orta Asiyaya iqtisadi yardım paketi elan etməyi planlaşdırır. Yardım paketi Avropaya yeni ticarət marşrutunun yaradılmasını nəzərdə tutur”, - nəşr qeyd edib.
Yeni marşrutun Rusiya marşrutuna alternativ olacağı gözlənilir.
Həmçinin qeyd edilib ki, Orta Asiya liderləri ilə görüş F.Kişidanın avqustun 9-12-də Qazaxıstana işgüzar səfəri zamanı keçirilməlidir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
11 mart 2024, Bazar ertəsi
Azərbaycan və Qazaxıstan prezidentləri Çindən Bakıya konteyner qatarının gəlişini videobağlantı ilə izləyiblər
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO