"Bakı Fond Birjası" yeni elektron ticarət sistemini işə salmağa hazırlaşır
"Bakı Fond Birjası" QSC (BFB) yeni elektron ticarət sisteminin işə salınması ilə bağlı bu ilin əvvəlindən başladığı işləri başa çatdırıb.
Bunu Liderxeber.az açıqlamasında BFB-nin baş kommersiya inzibatçısı Oqtay Qasımov bildirib.
"Sistem artıq formalaşıb və funksionaldır. Sadəcə bu gün söhbət ona məsafədən qoşulmadan gedir. Yəni, bazar iştirakçılarına, investorlara investisiya şirkətlərinin mobil tətbiqləri üzərindən birjaya qoşulmaq imkanı verilməlidir. Burada da demək olar ki, işləri yekunlaşdırmışıq. Testlər tam həyata keçirilib və sistem real rejimdə fəaliyyət göstərir, yaxın günlərdə bu imkan yaradılacaq. İnvestisiya şirkətləri daxili texnoloji hazırlıq səviyyəsinə görə sistemə qoşulur. ,Artıq 2 şirkətdə qoşulma həyata keçirilib", - deəy o qeyd edib.