Pressa.az » İqtisadiyyat » Azərbaycana elektrik avtomobillərinin idxalı 6 dəfə artıb

Azərbaycana elektrik avtomobillərinin idxalı 6 dəfə artıb

14 aprel 2023, Cümə, 17:55
Azərbaycana elektrik avtomobillərinin idxalı 6 dəfə artıb

2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycana ümumilikdə 314 milyon 994 min dollar dəyərində 20799 ədəd avtomobil idxal olunub.

LiderXəbər Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 21.6% və ya 3697 ədəd artıb.

Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.8 dəfə və ya 338 ədəd avtomobil artıb.