ING Azərbaycanda 2025-2026-cı illərdə uçot dərəcəsinə dair gözləntilərini açıqlayıb
Niderlandın “ING Group” şirkəti Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci ildə uçot dərəcəsini 7,25 %, 2026-ci ildə isə 7,75 % səviyyəsində proqnozlaşdırıb.
Liderxeber.az şirkətin açıqladığı proqnozlarına istinadən xəbər verir ki, bu, daha əvvəl açıqlanan proqnoza nisbətən müvafiq olaraq 0,25 faiz bəndi çoxdur.
Qeyd edək ki, AMB-nin İdarə Heyəti ötən il dekabrın 18-də uçot dərəcəsinin 7,25 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6,25 %-də, yuxarı həddi isə 8,25 %-də saxlanılıb.
AMB-nin bununla bağlı növbəti qərarı yanvar ayında verəcəyi gözlənilir. “ING Group” bu iclasda uçot dərəcəsinin 7,25 % olacağı ilə bağlı qərar veriləcəyini proqnozlaşdırır.
Oxşar Xəbərlər:
01 fev 2023, 11:21
03 may 2023, 10:02
20 iyn 2024, 15:43
07 dek 2024, 10:06