Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər

Yanvarın 22-23-də Tehranda İran – Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclası keçiriləcək və burada əsas sahələrdə əməkdaşlıq müzakirə olunacaq.
Liderxeber.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Komissiyanın həmsədrləri İranın nəqliyyat və şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev olacaq.
Yanvarın 22-də Azərbaycandan 40 nəfərlik nümayəndə heyəti iranlı həmkarları ilə profil komitələr çərçivəsində nəqliyyat, bank işi, investisiya, energetika, turizm, mədəniyyət və kommunikasiya məsələlərini müzakirə edəcək.
Yanvarın 23-də müzakirələrin yekununda tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.
Oxşar Xəbərlər:

03 iyul 2024, Çərşənbə
Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

26 iyul 2023, Çərşənbə
Azərbaycan və Qırğızıstan arasında birgə hökumətlərarası komissiyanın iclası keçirilib