Pressa.az » İqtisadiyyat » Azərbaycan Mərkəzi Asiyanın yeni ticarət mərkəzinə çevrilir

Azərbaycan Mərkəzi Asiyanın yeni ticarət mərkəzinə çevrilir

12 fevral 2025, Çərşənbə, 17:46
Azərbaycan Mərkəzi Asiyanın yeni ticarət mərkəzinə çevrilir

“NB Holdinq” ASC-nin Müşahidə Şurasının Sədri Ruslan Eyyubov, holdinqin əməkdaşları və “Okuklu Holdinq”-in rəhbəri Yılmaz Okuklu arasında “Türk Ticarət Mərkəzi”-nin fəaliyyətinə dair mühüm görüş keçirilib.

Liderxeber.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında ticarət əlaqələrinin gücləndirilməsi, faydalı qazıntı yataqlarının işlənməsi və yeni istehsal sahələrinin yaradılması, həmçinin Azərbaycanın beynəlxalq ticarət imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib.

Müzakirələr zamanı ticarət sahəsində qarşılıqlı əməkdaşlıq perspektivləri, logistik xidmətlərdən istifadə və yeni investisiyalar da gündəmə gətirilib. Həmçinin, Qırğızıstan və Özbəkistanın Sənaye və Ticarət Palatalarının prezidentləri ilə birgə ticarət həcminin artırılması məqsədilə tədbirlərin təşkili də gündəmdədir.