Füzuli teatrı İmişlidə qastrol səfərində olub

Bu gün Füzuli Dövlət Dram Teatrı Mil-Muğam Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə İmişli rayonunda Xaqani Əliyevin "Molla Nəsrəddin" tamaşası ilə çıxış edib.
Liderxeber.az xəbər verir ki, tamaşa İmişli rayon ictimaiyyətinə və mədəniyyət işçilərinə nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir.
Tamaşada rolları Sehran Xanlarov, İntizar Quliyeva, Asif Şirinov, Qaçaq Qarayev, Əli Hüseynov, Şəlalə Nəsirova, Günay Çobanzadə, Elçin Məmmədov, Vüqar Babayev, Emin Abışov, Vüsal Həsənov, Qəlbinur Əhmədli, Aygün Cəfərova ifa edib.
Keçmişlə bu günün sintezi olan tamaşa Molla Nəsrəddinin evlənmə hekayəsindən bəhs edir. Şən musiqilər və kütləvi rəqslərlə bol olan tamaşada maraqlı və gülməli hadisələr bir-birini əvəz edir.
Tamaşa İmişli sakinlərində xoş əhval-ruhiyyə yaradıb və alqışlarla qarşılanıb.