Pressa.az » Mədəniyyət » "Molla Nəsrəddin" tamaşası mədəniyyət müəssisələrinin işçilərinə nümayiş olunub

"Molla Nəsrəddin" tamaşası mədəniyyət müəssisələrinin işçilərinə nümayiş olunub

17 may 2025, Şənbə, 19:09
"Molla Nəsrəddin" tamaşası mədəniyyət müəssisələrinin işçilərinə nümayiş olunub

Bu gün Füzuli Dövlət Dram Teatrında Xaqani Əliyevin "Molla Nəsrəddin" tamaşası rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin işçilərinə nümayiş olunub. 

Liderxeber.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı isə Ziyad Süleymanzadədir.

Tamaşada rolları Sehran Xanlarov, İntizar Quliyeva, Asif Şirinov, Qaçaq Qarayev, Əli Hüseynov, Şəlalə Nəsirova, Günay Çobanzadə, Elçin Məmmədov, Vüqar Babayev, Emin Abışov, Vüsal Həsənov, Qəlbinur Əhmədli, Aygün Cəfərova ifa edib.

Keçmişlə bu günün sintezi olan tamaşa Molla Nəsrəddinin evlənmə hekayəsindən bəhs edir. Şən musiqilər və kütləvi rəqslərlə bol olan tamaşada maraqlı və gülməli hadisələr bir-birini əvəz edir.

Tamaşa mədəniyyət işçilərində xoş əhval-ruhiyyə yaradıb və alqışlarla qarşılanıb.