Füzuli teatrı "Ələddinin sehrli çırağı" nağıl tamaşasını azyaşlılara təqdim edib

Füzuli Dövlət Dram Teatrı Şərq nağılları əsasında hazırlanmış "Ələddinin sehrli çırağı" nağıl tamaşasını teatr binasında azyaşlı tamaşaçılara təqdim edib.
Tamaşanın quruluşçu rejissoru Emin Abışov, plastik həll üzrə rejissor Anar Bulud, quruluşçu rəssamı Ellinaz Balaşova, səhnələşdirən Murad Mirzəzadə, musiqi tərtibatçısı Vüqar İsmayılov, rejissor assistenti Gülgəz Soltanovadır.
Tamaşada rolları Emin Abışov, Püstə Əhmədova, Vüqar Babayev, Anar Buludov, Asif Şirinov, İntizar Quliyeva, Şəbnəm Baxışova, Vüsal Həsənov, Rahibə Baxşəliyeva, Günay Çobanzadə, Xurşud Babayeva ifa edib.
Tamaşa uşaqlarda xoş əhval-ruhiyyə yaradıb və əylənmələrinə səbəb olub.
Oxşar Xəbərlər:

25 sentyabr 2025, Cümə axşamı
Füzuli Dövlət Dram Teatrı yeni mövsümü "Çəkməli Pişik" tamaşası ilə açıb