Pressa.az » Mədəniyyət » Füzuli Dövlət Dram Teatrı yeni mövsümü "Çəkməli Pişik" tamaşası ilə açıb

Füzuli Dövlət Dram Teatrı yeni mövsümü "Çəkməli Pişik" tamaşası ilə açıb

25 sentyabr 2025, Cümə axşamı, 06:41
Füzuli Dövlət Dram Teatrı yeni mövsümü "Çəkməli Pişik" tamaşası ilə açıb

Füzuli Dövlət Dram Teatrı XXXVI mövsümünü Şarl Perronun "Çəkməli Pişik" tamaşası ilə açıb.

Liderxeber.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Emin Abışov, quruluşçu rəssamı Ellinaz Balaşova, səhnələşdirən Murad Mirzəzadə, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assistenti Gülgəz Soltanovadır.

Səhnə əsərinin əsas ideyası heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaqdır.

Tamaşada rolları Anar Buludov, Vüsal Həsənov, Sahilə Abbasova, Şəbnəm Baxışova, Vüqar İsmayılov, Püstə Əhmədova, Rahibə Baxşəliyeva, Günay Çobanzadə, Qəlbinur Əhmədli ifa edib.