“44”ün premyerası bu tarixdə olacaq
Oktyabrın 1-i “44” bədii filminin premyerası olacaq.
Liderxeber.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov “Instagram” hesabında məlumat paylaşıb.
“Əziz dostlar!
1 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində “44” bədii filminin çoxdan gözlənilən premyerası baş tutacaq. Daha sonra filmin nümayişləri ölkənin kinoteatrlarında davam edəcək.
Premyera ərəfəsində 12 tizer hazırlanıb və qarşıdakı həftələr ərzində onları sizinlə paylaşacağıq. Bu gün isə diqqətinizə filmin rəsmi posterlər silsiləsini təqdim edirik. İlk tizer artıq sabah paylaşılacaq!” , - A.Ələkbərov qeyd edib.




Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
