Nuridə Allahyarova işindən ayrıldı
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova işdən çıxarılıb.
LiderXəbər xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
N.Allahyarova nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsindən də kənarlaşdırılıb.
Qeyd edək ki, N.Allahyarova daha əvvəl Bakı Dövlət Universiteti, Vergilər Nazirliyi (Dövlət Vergi Xidməti), Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Binəqədi Rayon İcra Hakimiyyəti, "BakuBus" MMC, Bakı Nəqliyyat Agentliyi, ATV, Space, Dövlət Avtomobil Nəqliyyatı Xidmətində müxtəlif vəzifələrdə çalışıb.
Oxşar Xəbərlər:
21 fevral 2023, Çərşənbə axşamı
"Göygöl Rayon İcra Hakimiyyəti Kadr Potensialının Gücləndirilməsi" layihəsinə start verilib
30 yanvar 2023, Bazar ertəsi
Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəisi nöqsanlara görə işdən çıxarılıb
14 yanvar 2023, Şənbə
Naxçıvan Ali Məclisinin işdən çıxarılan şöbə və sektor müdirlərinə yeni vəzifə verilib