Azərbaycanda mövsümün ilk toxum sərgi-satış yarmarkası keçiriləcək
Avqustun 16-da Şəki və Oğuz rayonlarında Aqrar Biznes Festivalı və mövsümün ilk toxum sərgi-satış yarmarkaları keçiriləcək.
Liderxeber.az xəbər verir ki, bunu "Azərbaycan Toxumçular Assosiasiyası" İctimai Birliyinin sədri Mədinə Əliyeva bildirib.
"Yarmarkanın keçirilməsində məqsəd yerli toxum bazarının formalaşması, payızlıq əkinlər ərəfəsində yerli toxuma olan tələbatın ödənilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulmasına köməklik etməkdir. Yarmarkada dənli (arpa, buğda), həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdiriləcək. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumatlar veriləcək. Fermerləri və toxumçuları yarmarkalarda fəal iştirak etməyə çağırırıq", - deyə o qeyd edib.