Pressa.az » Media » Özcan Denizin bütün var-dövlətinə həbs qoyuldu

Özcan Denizin bütün var-dövlətinə həbs qoyuldu

23 iyul 2025, Çərşənbə, 15:26
Özcan Denizin bütün var-dövlətinə həbs qoyuldu

Türkiyəli məşhur müğənni Özcan Denizin bütün var-dövlətinə həbs qoyulub.

Liderxeber.az-ın "Haberlercom"a istinadən verdiyi xəbərə görə, Özcan Deniz 22 ildir meneceri olan böyük qardaşı Ercan Denizlə yaşanan gərginlikdən sonra ciddi hüquqi və maliyyə problemləri ilə üzləşib.

Bir vaxtlar birlikdə çalışan və səhnə arxasında çiyin-çiyinə dayanan iki qardaşın münasibətləri son illərdə tamamilə pozulub. Ticarət ortaqlıqlarının sona çatmasından sonra başlayan anlaşılmazlıqlar, mülk məsələsi və təhdid xarakterli ifadələr səbəbi ilə məhkəməyə çıxarılıb və onun var-dövlətinə həbs qoyulması barədə qərar qəbul olunub.

Türk musiqi və kino dünyasının tanınmış simalarından olan Özcan Denizin 22 ildir onun meneceri olan böyük qardaşı Ercan Denizlə mübahisəsi adi bir ailə mübahisəsindən çox uzaqlaşıb.

Qeyd olunur ki, bir vaxtlar eyni məqsədlər üçün çalışan və pərdə arxasında bir-birlərinə dəstək olan iki qardaşın münasibətləri son vaxtlar tamamilə dağılma həddinə çatıb. Xüsusilə iş ortaqlığının dağılmasından sonra başlayan fikir ayrılıqları, mülkiyyət sənədinin təhvil verilməsi ilə bağlı problemlər və hədələyici ritorika səbəbindən hüquqi müharibəyə çevrilib. İşin materialları mediada yayıldıqca bu ailədaxili dərin böhran ictimaiyyətin diqqətini cəlb etməyə başlayıb.