Cabir İmanov idman zalında vəfat etdi
Əməkdar artist Cabir İmanov vəfat edib.
Liderxeber.az-ın əldə etdiyi məlumata görə, o bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.
Qeyd edək ki, C.İmanov 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Ailəli idi, 4 övladı var.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
24 dekabr 2024, Çərşənbə axşamı
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür
