Pressa.az » Media » Məşhur müğənni pensiyaya çıxıb - 20 min alır

Məşhur müğənni pensiyaya çıxıb - 20 min alır

11 fevral 2026, Çərşənbə, 09:12
Məşhur müğənni pensiyaya çıxıb - 20 min alır

90-cı illərin məşhur türkiyəli müğənnisi Hakan Peker qatıldığı televiziya proqramında təqaüdə çıxma prosesi və aldığı pensiya ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Liderxeber.az xəbər verir ki, müğənni təqaüd qərarının ona psixoloji baxımdan ağır təsir etdiyini bildirib.

65 yaşlı Hakan Peker uzun müddət “təqaüd” anlayışını qəbul etmək istəmədiyini deyərək prosesi “Dövlət məni təqaüdə çıxardı” sözləri ilə ifadə edib. O, təqaüdün insana “artıq sizdən heç bir gözlənti yoxdur” mesajı verdiyini düşünür və bunun onda təcrid olunmuşluq hissi yaratdığını vurğulayıb.

Müğənni etiraf edib ki, bu düşüncədən qaçmaq üçün bir müddət sığorta haqlarını qəsdən gec ödəyib. Onun sözlərinə görə, təqaüd statusuna düşməmək üçün psixoloji müqavimət göstərib, lakin sonda bu proses qaçılmaz olub.

Hakan Peker ilk dəfə olaraq aylıq pensiyasının məbləğini də açıqlayıb. Sənətçi hazırda 20 min türk lirəsi (779 manat) təqaüd aldığını bildirib.