Pressa.az » Media » Günel Gözəlovaya bu kanalda vəzifə verildi

Günel Gözəlovaya bu kanalda vəzifə verildi

31 iyul 2023, Bazar ertəsi, 18:38
Günel Gözəlovaya bu kanalda vəzifə verildi

Tanınmış telejurnalist, aparıcı Günel Gözəlova “MTV Azərbaycan” televiziya kanalının baş redaktoru təyin olunub.  

LiderXəbər-in məlumatına görə, G.Gözəlova təyinatı özü təsdiqləyib.

Qeyd edək ki, telejurnalist indiyədək bir çox vəzifələrdə - Azərbaycan Dövlət Televiziyasında, “Lider TV və Azərbaycan Radiosu” MMC-də, Azərbaycan Memarlıq və İnşaat Universitetində Mətbuat katibi, Azərpoçt MMC-də İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, daha sonra isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Mətbuat Xidmətinin rəhbəri, nazirin sözçüsü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Media və Təhsil sahəsi üzrə Vitse- Prezidenti kimi kimi fəaliyyətini davam etdirib.