“Cahan Holding”də tanınmış PR mütəxəssisinə vəzifə verilib
İctimaiyyətlə əlaqələr üzrə peşəkarlardan olan Rəşad Əliyev “Cahan Holding” KŞİ-nin İctimai Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Bu barədə LiderXəbər.az-a Rəşad Əliyev özü bildirib.
O, 4 il Sumqayıt Texnologiyalar Parkında çalışıb.
"Hazırda yeni şirkətdə peşəkar fəaliyyətimi davam etdirməyə başlamışam. Bundan sonra “Cahan Holding”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edəcəyəm", - Rəşad Əliyev deyib.
Oxşar Xəbərlər:
14 yanvar 2023, Şənbə
Naxçıvan Ali Məclisinin işdən çıxarılan şöbə və sektor müdirlərinə yeni vəzifə verilib