Jurnalistlər üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyiin maliyyə dəstəyi və Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) təşkilatçılığı “İnformasiya məkanında, KİV-lərdə və sosial şəbəkələrdə mümkün təhdidlərə qarşı mübarizə” adlı layihə davam edir.
LiderXəbər xəbər verir ki, layihə çərçivəsində media nümayəndələri üçün "Müharibə dövründə dezinformasiya və kibertəhlükəsizlik" mövzusunda təlim keçirilmişdir. Təlimdə kibertəhlükəsizlik üzrə ekspert Rəşad Zeyvəliyev və Məmməd Rəhimzadə jurnalistlərin suallarını cavablandırıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Təlimlər davam edir.