Pressa.az » Media » Nərgiz gülü XƏRÇƏNGİ müalicə edir

Nərgiz gülü XƏRÇƏNGİ müalicə edir

28 oktyabr 2023, Şənbə, 12:30
Nərgiz gülü XƏRÇƏNGİ müalicə edir

Nərgiz gülü qədim zamanlardan xalq təbabətində istifadə olunur.

Bu gülün dəmləməsi ilə güclü öskürək, bronxit, baş ağrılarını müalicə edirdilər.

Dahi Hippokrat nərgiz gülünü şiş xəstəliklərinin müalicəsində istifadə edirdi.

Son elmi araşdırmalar sarı nərgiz gülünün xərçəng əleyhinə təsirini sübut edib.

LiderXəbər Zee News-a istinadla xəbər verir ki, Brüssel Universiteti (Belçika) alimləri nərgiz gülünün tərkibində haemantamin (haemanthamine) adlı maddə aşkar ediblər. Bu maddə xərçəng hüceyrələrinin ribosomlarına (hüceyrələrin içində olan zülallar) birləşərək onların inkişafı və bölünməsi proseslərini xeyli ləngidir və daha sonra onları məhv edir.

Nəzərə almaq lazımdır ki, nərgiz gülü zəhərlidir və onun nəzarətsiz qəbulu zəhərlənməyə səbəb ola bilər.