İlk dəfə kainatın tam rəngli şəkilləri çəkilib
Avropa Kosmik Agentliyinin (ESA) “Evklid” qrupu ilk dəfə kainatın yüksək dəqiqliklə çəkilən tamamilə rəngli şəkillərini paylaşıb.
LiderXəbər-in xarici mediaya istinadən xəbərinə görə, çəkilən 5 foto təsvir ilə kosmosun heç zaman aşkarlanmayan tərəflərini nümayiş etdirmək üçün 3D xəritə hazırlamaq mümkün olacaq. Bundan başqa, hazırlanacaq bu xəritə ilə kainatın bunadək bizə gizli qalan bəzi sirlərini açmaq mümkün olacaq.
“Evklid” missiyasının əsas vəzifəsi qaranlıq maddə və enerjinin kainatımızı bizə necə göstərdiyini nümayiş etdirməkdir. Missiya qeyd edir ki, kosmosun 95 faizi bu sirli qaranlıq varlıqlardan ibarət olsa da, biz onları hələ ki, dərk edə bilmirik.
Qeyd edək ki, çəkilən bu fotoların əsasında “Evklid” qrupu yaxın 6 ildə daha böyük araşdırmalar aparacaq.
Onlar bu illər ərzində 10 milyard işıq ilinə qədər milyardlarla qalaktikanın formalarını, məsafələrini və hərəkətlərini müşahidə edəcək. Bununla da indiyə qədər hazırlanmış ən böyük kosmik 3D xəritə yaradılacaq.