Öskürək və bronxit üçün - Bal ilə süddən dərman kimi məhsul
Dəyişkən havalarda müntəzəm öskürək bizi gözləyə bilər. Bu zaman çoxlarına faydalı olacaq sadə resept var. Yatmazdan əvvəl bu vasitəni içmək lazımdır, təsiri uzun sürməyəcək.
LiderXəbər həmin vasitənin hazırlanma qaydasını təqdim edir:
Tərkibi:
Süd - 250 qram;
Kərə yağı - 1 çay qaşığı;
Bal - qaşıq;
Yumurta sarısı - 1 ədəd;
Soda - çay qaşığının dörddə biri.
Hazırlanması:
Südü qaynadın və təxminən 60 dərəcə temperaturda soyudun. Üzərinə yağ və bal əlavə edin. Yeri gəlmişkən, adi kərə yağı yerinə kakao yağı əlavə edə bilərsiniz. Qarışdırın.
Yumurta sarısı və soda əlavə edib, yenidən qarışdırın. Məhsul uşaqlar üçün hazırlanmırsa, bir çay qaşığı konyak əlavə edə bilərsiniz.
Məhsulu 4-5 gün hər gecə içmək lazımdır. İlk dəfədən sağlamlığınızın yaxşılaşdığını görəcəksiniz.