Pressa.az » Media » İnternet informasiya ehtiyatlarına şəxsi heyət və texnikanın hərəkəti haqqında məlumatları yaymaq qadağan edilir

İnternet informasiya ehtiyatlarına şəxsi heyət və texnikanın hərəkəti haqqında məlumatları yaymaq qadağan edilir

19 dekabr 2023, Çərşənbə axşamı, 14:50
İnternet informasiya ehtiyatlarına şəxsi heyət və texnikanın hərəkəti haqqında məlumatları yaymaq qadağan edilir

İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılmasına yol verməməlidir.

LiderXəbər xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclaslında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu halda dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.