İnternet informasiya ehtiyatlarına şəxsi heyət və texnikanın hərəkəti haqqında məlumatları yaymaq qadağan edilir
İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılmasına yol verməməlidir.
LiderXəbər xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə edilib parlamentin plenar iclasa tövsiyə edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, bu halda dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna edilir.