Pressa.az » Media » "Botoks etdirdim, yaraşığım məhv oldu"

"Botoks etdirdim, yaraşığım məhv oldu"

16 yanvar 2024, Çərşənbə axşamı, 14:23
"Botoks etdirdim, yaraşığım məhv oldu"

Türkiyəli müğənni Rafet El Roman estetik əməliyyat etdirdiyini etiraf edib.

LiderXəbər xəbər verir ki, sənətçi botoks etdirdiyi üçün peşman olduğunu deyib. O, bu barədə sosial şəbəkədə yazıb:

"Dostlar botoks etdirdim, amma kaş ki, etdirməz olaydım. Bəzi insanlar qətiyyən botoks etdirməli deyil, mən də onlardan biriyəm. Xarizmam, yaraşığım məhv oldu".

Qeyd edək ki, ifaçı bir neçə gün əvvəl Heydər Əliyev Sarayında konsert vermişdi. Onun üz görünüşü müzakirələrə səbəb olmuşdu.