Pressa.az » Media » “Evdə tək”in aktyoru xəstəxanalıq oldu

“Evdə tək”in aktyoru xəstəxanalıq oldu

24 yanvar 2024, Çərşənbə, 15:30
“Evdə tək”in aktyoru xəstəxanalıq oldu

Məşhur “Evdə tək” filmində "Bazz Makkalister" obrazını canlandıran aktyor Devin Retrey ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

LiderXəbər xəbər verir ki, 47 yaşlı aktyorun səhhətində hansı problemin olduğu açıqlanmayıb. O, daha sonra müalicə almaq üçün evə buraxılıb.

Xatırladaq ki, Devinin yanvarın 22-də məişət zorakılığı işi ilə bağlı məhkəməsi olmalı idi. Lakin sağlamlıq səbəblərindən məhkəmə fevrala təxirə salınıb.

Qeyd edək ki, aktyor 2021-ci ilin dekabrında keçmiş sevgilisinə hücum edərək onu ölümlə təhdid edib.