Pressa.az » Ölkə » Qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayətlərin sayı artıb

Qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayətlərin sayı artıb

25 oktyabr 2023, Çərşənbə, 11:13
Qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayətlərin sayı artıb

Keçən il Daxili İşlər Nazirliyinə məişət zorakılığı ilə bağlı 9864 müraciət daxil olub.

LiderXəbər-in xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə Məlumatına əksini tapıb.

Qeyd edilib ki, məişət zorakılığı ilə bağlı qeydə alınmış cinayətlərin ümumi sayı 1175(2021-ci ildə 1196), xəsarət alan qadınların sayı 1132( 2021-ci ildə 1150) olub. 2022-ci ildə ailə məişət münaqişələri və qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 2021-ci illə müqayisədə artıb. Belə ki, 2022-ci ildə ailə məişət münaqişələri və qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 51 olub ki, onlardan 2-si yetkinlik yaşına çatmayan şəxslərdir. Bu rəqəm 2021-ci ildə 46 idi.