Pressa.az » Media » İtburnu və cökədən müalicəvi qarışımlar - Qızdırmanı salır...

İtburnu və cökədən müalicəvi qarışımlar - Qızdırmanı salır...

15 fevral 2024, Cümə axşamı, 16:10
İtburnu və cökədən müalicəvi qarışımlar - Qızdırmanı salır...

İtburnu və cökədən ayrı ayrılıqda müalicəvi təsirə malik dəmləmələr hazırlaya bilərsiniz.

LiderXəbər hazırlanma qaydalarını  və faydalarını təqdim edir:

 İtburnu həlimi:

- 1yemək qaşığı quru itburnunu bir stəkan suya tökün.

- 10 dəqiqə qaynadın.

- 2 saat buraxın və süzün.

- 100 ml dəmləməyə 1 çay qaşığı bal əlavə etməklə gündə 3 dəfə için.

Bədəni gücləndirməyə kömək edir (tərkibində C, B2 və P vitaminlərinin "şok" dozaları var), ödqovucu və qızdırmasalıcı təsir göstərir.

 Cökə həlimi:

- 1 yemək qaşığı qurudulmuş cökəni bir stəkan qaynar suya tökün.

- Bir neçə saat dəmləyin və süzün.

- Gündə 2 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edin.

Diaforetik, qızdırmasalıcı və iltihab əleyhinə təsir göstərir, soyuqluğun ilk əlamətlərində kömək edir.

Oxşar Xəbərlər: