Kamili hava limanından əliqandallı çıxardılar
Ötən gecə Moskvanın “Domodedovo” hava limanında sərhədçilər tərəfindən saxlanılan fitness məşqçisi Kamil Zeynallı polisə təhvil verilib.
LiderXəbər xəbər verir ki, K.Zeynallı qolları qandallı şəkildə hava limanından çıxarılaraq polis idarəsinə aparılıb.
Moskvadakı müvafiq polis idarəsində aparılan araşdırmadan sonra Kamilin məhkəmə qarşısına çıxarılacağı gözlənilir.
Xatırladaq ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Kamil Zeynallının məsələsinin nəzarətdə olduğunu, eyni zamanda məhkəmənın qərarını gözlədiklərini açıqlayıb.
Qeyd edək ki, ilkin məlumatda K.Zeynallının Ermənistanın təqdimatı əsasında axtarışa verildiyi açıqlanıb.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
21 fevral 2024, Çərşənbə
Azərbaycan səfirliyinin əməkdaşları Kamil Zeynallının yanındadır, zəruri hüquqi tədbirlər görülür