Pressa.az » Media » Azərbaycan səfirliyinin əməkdaşları Kamil Zeynallının yanındadır, zəruri hüquqi tədbirlər görülür

Azərbaycan səfirliyinin əməkdaşları Kamil Zeynallının yanındadır, zəruri hüquqi tədbirlər görülür

21 fevral 2024, Çərşənbə, 14:44
Azərbaycan səfirliyinin əməkdaşları Kamil Zeynallının yanındadır, zəruri hüquqi tədbirlər görülür

Bu gecə Moskvanın Domodedovo hava limanında Ermənistanın sorğusu əsasında Azərbaycan vətəndaşı Kamil Zeynallı saxlanılıb. Sorğu MDB-yə üzv ölkələrin Dövlətlərarası müqaviləsi çərçivəsində edilib.

Bu barədə Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilib.

“Azərbaycan vətəndaşının saxlanıldığı məlum olan kimi səfir Polad Bülbüloğlunun tapşırığı ilə hava limanına konsul və vitse-konsul göndərilib və onlar vəziyyəti yerində aydınlaşdırıblar. Hazırda diplomatik nümayəndəliyin əməkdaşları saxlanılanın yanındadır.

Fevralın 21-də səhər tezdən səfirlik tərəfindən dəvət olunmuş vəkil Kamil Zeynallı ilə görüş keçirib və onun qanunla nəzərdə tutulmuş hüquqlarını izah edib.

Hazırda Azərbaycan Respublikasının səfirliyi Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində zəruri hüquqi tədbirlər görür və saxlanılanın hüquqlarının təmin edilməsi üçün bütün səylərini göstərməkdədir”, - qeyd olunub.