Faiq Xudayev "Aqro Jurnal"a müsahibə verib
"Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu Azərbaycanda dənli taxıl, dənli paxlalı və yem bitkilərinin (buğda, arpa, qarğıdalı, noxud, mərcimək, yem bitkiləri və s.) abiotik və biotik stress amillərə davamlılığı istiqamətində kompleks tədqiqatların aparılması, seleksiya və ilkin toxumçuluğun təşkilinə üzrə aparıcı elmi müəsissə olub, respublikada bu bitkilərin genofondunun tədqiqi, yeni xəstəlik və zərərvericilərə davamlı, yüksək məhsuldar, dəyişkən ətraf mühit səraitinə daha çox adaptə olmuş, emal sənayesinin tələbinə uyğun sortların yaradılması, rayonlaşdırılması və toxumçuluğun təşkili üzrə genişmiqyaslı işləri əhatə edir".
Bunu “Agro Jurnal”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev deyib.
Onun sözlərinə görə, bu baxımdan ölkənin bölgələrinin torpaq- iqlim şəraitinə uyğun yeni sortlar yaradılır, sortların ilkin toxumçuluğu təşkil olunur, yüksək kondisiyalı orijinal, super elit və elit toxumları istehsal olunur, yay və qış otlaqları ekosisteminin davamlı idarə edilməsi, otlaq və biçənəklərin yaxşılaşdırılması və səmərəli istifadəsi üzrə tədqiqatlar aparılır, aqrar sahənin inkişafı üçün kadr hazırlanır, fermerlərin maarifləndirilməsi üzrə təlimlərin keçirilməsi, məsləhət xidmətinin göstərilməsi təmin edilir.