İstanbul “Dünyanın ən çox ziyarət edilən şəhərləri” siyahısında birinci olub
“Euromonitor International” tədqiqat şirkətinın hesablamalarına görə, İstanbul 2023-cü ildə “Dünyanın ən çox ziyarət edilən şəhərləri” siyahısında birinci olub.
LiderXəbər xəbər verir ki, statistik rəqəmlərə əsasən, ötən il İstanbulu 20 milyon 200 min turist ziyarət edib.
Şirkətin təqdim etdiyi siyahıda 18 milyon 800 min ziyarətçi ilə London ikinci, 16 milyon 800 min ziyarətçi ilə isə Dubay üçüncü yeri tutub. Türkiyənin digər bir turistik şəhəri olan Antalya 15 milyon 700 min ziyarətçi ilə siyahıda dördüncü yerdədir. Fransanın paytaxtı Paris ən çox ziyarət edilən beşinci şəhər olub.
Pandemiyadan əvvəl dünyanın ən çox ziyarət edilən şəhəri kimi reytinqin zirvəsində olan Honq Konq bu dəfə 6-cı yerdə qərarlaşıb.
Oxşar Xəbərlər:
31 yanvar 2024, Çərşənbə
Sialə Rüstəmova: İnstitut baytarlığın problemlərinin həllinə dair elmi-tədqiqat işləri aparır
17 oktyabr 2023, Çərşənbə axşamı
Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb