Pressa.az » Media » Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib

Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib

19 mart 2024, Çərşənbə axşamı, 16:09
Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəxanaya yerləşdirilib. 

LiderXəbər xəbər verir ki, bu haqda o, özü məlumat yayıb. Məna xəstəxana otağından video yayımlayaraq "Növbəti açılan yara, həyat davam etmək istəyir" qısa şərhini yazıb. 

O, daha sonra yazılan şərhlərə "İnşallah, hər şey yaxşı olacaq. Haqqınızı halal edin" cavabını verib. 

Qeyd edək ki, N.Məna bir müddət əvvəl oğlunun beynində xoşxassəli şiş aşkarlandığını demişdi.