Pressa.az » Media » Damarları təmizləyən - 5 TƏBİİ ÜSUL

Damarları təmizləyən - 5 TƏBİİ ÜSUL

06 may 2024, Bazar ertəsi, 16:15
Damarları təmizləyən - 5 TƏBİİ ÜSUL

Qan damarlarının təmizlənməsi üçün bir çox təbi üsullar mövcutdur.

LiderXəbər həmin üsullardan bəzilərini təqdim edir:

1)  Beş qozu xırdalayıb bir xörək qaşığı təbii cökə balı ilə yaxşıca qarışdırmaq, bir çimdik doğranmış darçın əlavə etmək, qarışığı bir gün soyuducuya qoymaq lazımdır.

2) Soğandan bir stəkanın üçdə biri qədər su sıxıb, bir stəkan təbii bal ilə qarışdırmaq, müalicəvi qarışığı gündə üç dəfə yeməkdən yarım saat əvvəl bir çay qaşığı içmək lazımdır.

3) Hər gün nahar və şam yeməyindən yarım saat əvvəl yarım stəkan nar şirəsi içmək olar. (alma suyu və kök şirəsi ilə növbə ilə)

4) Bir ovuc (təxminən 10 qram) qurudulmuş dulavratotu kökünün içinə termosda qaynar su töküb 8-10 saat dəmləmək, sonra süzüb içmək olar.

5)  Bədənin ümumi sağlamlığı və qan damarlarının təmizlənməsi üçün hər gün səhər yeməyindən yarım saat əvvəl bir naringi, bir ovuc kişmiş və qoz yemək lazımdır.


Oxşar Xəbərlər: