Pressa.az » Media » Brokolinin saymaqla bitməyən - FAYDALARI

Brokolinin saymaqla bitməyən - FAYDALARI

08 may 2024, Çərşənbə, 14:11
Brokolinin saymaqla bitməyən - FAYDALARI

Brokoli xərçənglə mübarizədə əvəzedilməz bir tərəvəzdir. Mədə-bağırsaq və yemək borusu xərçənginin qarşısını ala bilir.

LiderXəbər-in xəbərinə görə son araşdırmalar göstərir ki, brokoli həm də ağciyər xərçəngiylə mübarizə apara bilir. Tərkibindəki pəhriz lifləri vasitəsilə toxluq hissi yaradır. Alma və yerkökü suyu ilə brokoli suyunu qarışdırıb içsəniz, gün boyu özünüzü möhkəm hiss edəcək və gec yorulacaqsınız. Həmçinin tərkibindəki yüksək miqdarda dəmir bədəninizin dəmir ehtiyacını qarşılayır və immuniteti artırır.

Bu tərəvəz dəri sağlamlığı üçün əla vasitədir. Tərkibindəki A vitamini dərinizin hüceyrələrini yeniləyir və ultrabənövşəyi şüalardan qoruyur. C və E vitamini ilə birgə istifadə olunduqda dərinizi sağlam görünüşünə qovuşdurur.

Sağlam saçlarınız üçün ehtiyacınız olan hər şey brokolinin təkribində var. A,c,E,B5,B12 vitaminləri ilə birgə dəmir, sink, kükürd kimi maddələr saçlarınızı canlı və parlaq edər.

Saç uzanmasına kömək edən kalsium da brokolinin tərkibində var. Kalsium saç köklərini gücləndirir və saç dərisini qidalandırır. Brokoli saçlarınızın tökülməsinin və qırılmasının da qarşısını ala bilir.

Tərkibindəki B6 və B vitamini saçın sağlamlığından əlavə, zehni sağlamlığa da kömək edir.

O həm də ürəyimizin dostudur. Qan təzyiqini və xolestrin səviyyəsini normallaşdırır, damarları tonuslandırır və ürəyin sağlam şəkildə çalışmasını təmin edir.

Sinir sistemini qoruyur

Sağlam bir sinir sistemi üçün kalium önəmli elementdir. Brokoli də tərkibindəki kalium sayəsində sinir sistemi sağlamlığını stimullaşdırır.

Brokolinin tərkibində pəhriz lifləri mövcuddur. Bu liflər arıqlatmaqla yanaşı, həzmə də kömək edir. Gün ərzində istifadə edəcəyiniz çiy brokolilər bədəninizin ehtiyacı olduğu qidaları əvəz edə bilər və şəkərinizi də normada saxlayar.