Pressa.az » Media » "AGRO TV" "Caspian Agro" sərgisində 50-ə yaxın canlı yayım etdi - VİDEO

"AGRO TV" "Caspian Agro" sərgisində 50-ə yaxın canlı yayım etdi - VİDEO

18 may 2024, Şənbə, 13:36
"AGRO TV" "Caspian Agro" sərgisində 50-ə yaxın canlı yayım etdi - VİDEO

Mayın 17-də Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq "Kənd Təsərrüfatı" Caspian Agro sərgisi öz işini başa çatdırıb və bu sərgi 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "Interfood Azerbaijan" sərgisi ilə paralel keçirilib.

Hər iki sərgiyə 38 ölkədən 500 iştirakçı şirkət toplanıb və minlərlə yerli və xarici ziyarətçi buraya axın edib.

Hər il olduğu kimi bu il də Azərbaycanda kənd təsərrüfatı üzrə ixtisaslaşan yenə televiziya kanalı "AGRO TV" sərginin informasiya dəstəyi oldu. Sərgi müddətində 50-ə yaxın dövlət və özəl sektorun rəhbər şəxsləri ilə canlı yayımlar aparıldı.Sərgi iştirakçıları ilə bağlı geniş reportajlar hazırlandı.

"AGRO TV"-nin icraçı direktoru Amil Mahmudov bildirib ki, bu il sərgiyə maraq daha çox oldu. Onun sözlərinə görə, Ekso Mərkəzdə quraşdırılan "AGRO TV"-nin stendi ziyarətçilər tərəfindən xeyli maraqla qarşılandı. Ziyarətçilərə televiziyanın fəaliyyəti həmçinin Azərbaycanda və Türkiyədə nəşr olunan "AGRO" jurnal haqqında geniş məlumatlar verildi.